ظهور/ ساوالی حکیم تیلیم خان
|
سني قويوب کيمه گئديم درمانه |
səni qoyub kimə gedim dərmanə |
|
افلاطون سن ائيله سن اميم منيم |
əflatun sən eylə sən əmim mənim |
|
سندن غئيري داخي لقمان ايستهمم |
səndən qeyri daxı loqman istəməm |
|
اعتقادوم واردير سنه مين منيم |
E'tiqadum vardır sənə mın mənim |
|
|
|
|
تانيمانام اسکندر و دارا من |
tanımanam iskəndər o dara mən |
|
سندن دؤنمم گر چکيلسم دارا من |
səndən dönməm gər çəkilsəm dara mən |
|
توت اليمدن دوٍشموشم چوخ دارا من |
tut əlimdən düşəmüşəm çox dara mən |
|
آتا, قوووم خويشيم سن عميم منيم |
ata, qovum xişim sən əmim mənim |
|
|
|
|
فرهاد اولان هاچان دؤنر شيريندن |
fərhad olan haçan dönər şirindən |
|
تلخ فميمي دولدورگونان شيريندن |
təlx fəmimi doldurgunan şirindən |
|
بويور عصره وئرسين شادليق شيريندن |
buyur əsrə versin şadlıq şirindən |
|
گؤيلوم روشن اولسون سن اميم منيم |
göylüm roşən oulsun sən əmim mənim |
|
|
|
|
مرشديندن درسين آلير مني شاد |
mürşidindən dərsin alır məni şad |
|
غمين ايتمز ائديب سني مني شاد |
qəmin itməz edib səni məni şad |
|
ائيلمزلر عشقين کيمي مني شاد |
eyləməzlər eşqin kimi məni şad |
|
اگر اولسا يوٍز مين صنميم منيم |
əgər olsa yüz min sənəmim mənim |
|
|
|
|
باخ تيليمه به حرمت آغا سن |
bax tilimə bə hörmət i ağa sən |
|
منکرلري نار ايچره اي آغا سن |
münkirləri nar içrə ey ağa sən |
|
ظهور ائيله گوهرريز اول آغا سن |
zuhur eylə göhərriz ol ağa sən |
|
اوٍميديم کاملدير سنه مين منيم |
ümidim kamıldır sənə mın mənim |
ام: درمان
بارات قندیلی گئجه سی و حضرت مهدی(عج) دوغوم گونو مبارک اولسون.
